Azərbaycan respublikasının dövlət rəmzləri

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT RƏMZLƏRİ
Maddə 23. Azərbaycan dövlətinin rəmzləri
(Konstitusiya maddəsi)

I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.
II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.
Bayraq

Azərbaycanın üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9 - da Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci ilin 28 aprelində Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir. Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin həmin sessiyasında Azərbaycan SSR Ali Sovetinin qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsadət qaldırılmişdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir. Картинки по запросу azerbaycanin atributlari
    Gerb

Azərbaycanın dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti höküməti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçərək gerb nümunəsinin həmin ilin may ayının 28-də qəbul edilməsi haqqında qərar qəbul etmişdir. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycanda Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul edilməmişdir. 1990-ci il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi dövlət gerbi ilə bağli yeni müsabiqə elan etmişdir. 1993-cü il yanvar ayının 19-da Azərbaycan Respublikasının Ali Soveti Dövlət Gerbi haqqında KonstitusiyaQanunu qəbul
Похожее изображениеetmişdir.       
Azərbaycan Respublikasının Dövlət Himni


Musiqisi: Üzeyir Hacıbəyov 
Sözləri: Əhməd Cavad

Azərbaycan, Azərbaycan! 
Ey qəhrəman övladın şanlı Vətəni! 
Səndən ötrü can verməyə cümlə hazırız! 
Səndən ötrü qan tökməyə cümlə qadiriz! 
Üçrəngli bayrağınla məsud yaşa! 
Minlərlə can qurban oldu, 
Sinən hərbə meydan oldu! 
Hüququndan keçən əsgər! 
Hərə bir qəhrəman oldu! 
Sən olasan gülüstan, 
Sənə hər an can qurban! 
Sənə min bir məhəbbət 
Sinəmdən tutmuş məkan! 
Namusunu hifz etməyə, 
Bayrağını yüksəltməyə, 
Cümlə gənclər müştaqdır! 
Şanlı Vətən, Şanlı Vətən! 
Azərbaycan, Azərbaycan!

Bu blogdaki popüler yayınlar

9 Noyabr- Azərbaycan Respublikasının Dövlət Bayrağı günüdür.

Azərbaycan haqqında maraqlı faktlar

Azərbaycan tarixi