9 Noyabr- Azərbaycan Respublikasının Dövlət Bayrağı günüdür.

                                             

 Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü.


Bu gün Azərbaycan tarixində üçrəngli bayrağın dövlət rəmzi olaraq qəbul olunduğu gündür. 1918-ci il iyunun 24-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökümətinin fərmanı ilə Azərbaycanın üzərində ağ aypara və ağ səkkizguşəli ulduz əks edilmiş qırmızı parçadan hazırlanmış dövlət bayrağı qəbul edildi. Daha sonra noyabr ayının 9-da həmin bayraq göy, qırmızı və yaşıl rənglərdən ibarət, üzərində ağ aypara və səkkizguşəli ulduz olan üçrəngli bayraqla əvəz edildi. Müstəqil Azərbaycanın dövlət bayrağındakı 3 rəngin ifadə etdiyi məna və XX əsrin əvvələrində milli ideologiyamızın əsasını təşkil edən " Türkçülük, islamçılıq və müasirlik " təliminin müəllifi böyük mütəfəkkir, tanınmış yazıçı və şair, məşhur həkim, bənzərsiz publisist və tərcüməçi kimi şöhrət qazanmış Əli bəy Hüseynzadədir.  
Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur. Prezident həmçinin Dövlət Bayrağı günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib və dəyişikliyə əsasən Dövlət Bayrağı günü qeyri-iş günü hesab olunur.

Bayraqdan istifadə isə konstitusiyanın 23-cü və 75-ci maddələri,  “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. 

BAYRAMIMIZ MÜBARƏK! 
Картинки по запросу 9 noyabr bayraq gunu
                                 
          

Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan haqqında maraqlı faktlar

Azərbaycan tarixi