Kayıtlar

Kasım, 2017 tarihine ait yayınlar gösteriliyor

Bu gün-12 Noyabr Azərbaycan Konstitusiyası günüdür.

Resim
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olnmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür. Azərbaycanın birinci Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılm...

9 Noyabr- Azərbaycan Respublikasının Dövlət Bayrağı günüdür.

Resim
                                               Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü. Bu gün Azərbaycan tarixində üçrəngli bayrağın dövlət rəmzi olaraq qəbul olunduğu gündür. 1918-ci il iyunun 24-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökümətinin fərmanı ilə Azərbaycanın üzərində ağ aypara və ağ səkkizguşəli ulduz əks edilmiş qırmızı parçadan hazırlanmış dövlət bayrağı qəbul edildi. Daha sonra noyabr ayının 9-da həmin bayraq göy, qırmızı və yaşıl rənglərdən ibarət, üzərində ağ aypara və səkkizguşəli ulduz olan üçrəngli bayraqla əvəz edildi. Müstəqil Azərbaycanın dövlət bayrağındakı 3 rəngin ifadə etdiyi məna və XX əsrin əvvələrində milli ideologiyamızın əsasını təşkil edən " Türkçülük, islamçılıq və müasirlik " təliminin müəllifi böyük mütəfəkkir, tanınmış yazıçı və şair, məşhur həkim, bənzərsiz publisist və tərcüməçi kimi şöhrət qazanmış Əli bəy Hüseynza...