Kayıtlar

Ekim, 2017 tarihine ait yayınlar gösteriliyor

Azərbaycan futbolu-QARABAĞ

Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Oxu.Az -ın məlumatına görə, səfərdə Danimarkanın “Kopenhagen” komandasına qarşı cavab oyununda Qurban Qurbanovun yetirmələri məğlub olsalar da, vurulan qol sayəsində sərfəli nəticə əldə ediblər. “Parken” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 45-ci dəqiqədə Federikko Santander açıb. 63-cü dəqiqədə Dino Ndlovu “Qarabağ”ın tarixi qolunu vuraraq oyunda tarazlığı bərpa edib. Lakin bu qoldan cəmi 3 dəqiqə sonra Pavloviç yenidən “Kopenhagen”i hesabda irəli çıxarıb. Bundan artığına isə Danimarka klubunun gücü çatmayıb. İlk oyunda Bakıda rəqibini 1:0 hesabı ilə məğlub edən “Qarabağ” klubu Azərbaycan futbol tarixində Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk komanda olub. mənbə- http://oxu.az/sport/211262

Azərbaycan haqqında maraqlı faktlar

1. Dünyada ilk müasir neft quyusu Bakıda, Bibi-Heybətdə qazılıb. 2.Görkəmli Azərbaycan müğənnisi Rəşid Behbudovun repertuarında 30-a yaxın Bakı haqqında mahnı var idi. 3. Neft Daşları qədim dəniz neft platforması kimi Ginnesin rekordlar kitabına daxildir. 4. Tovuz və Göygöl şəhərlərinin əsasını almanlar qoyub və əvvəllər onların adı – Traubenfeld və Yelenendorf idi. 5. Azərbaycan ilk müsəlman ölkəsi idi ki, qadınlara da kişilərlə bərabər siyasi hüquqlar verilirdi. 6. Sovet İttifaqında ilk dəfə Bakıda qatar işə salınmışdı. 7. 20-ci əsrin əvvəllərində Bakıda bütün dünyada əldə edilən neftin 50%-i əldə edilirdi. İkinci Dünya Müharibəsi zamanı isə Bakı sovet ordusunu neftlə təmin edərək, onun tələbatının 85%-ni ödəmişdi. 8. Ziya Bünyadov keçmiş Sovet İttifaqının yeganə alim-akademiki idi ki, II dünya müharibəsi illərində intizam batalyonunun komandiri olmuşdur. 9. Müsəlman şərqində ilk musiqili opera məhz Bakıda tamaşaya qoyulmuşdu. Bu opera isə “Leyli və Məcnun” operası i...

Azərbaycan tarixi

Resim
Şimaldan - Baş Qafqaz dağları, qərbdən - Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən - Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır. Azərbaycan adının tarixi tələffüzü cürbəcür olmuşdur. Qaynaqlarda bu ad qədimdən başlayaraq Andirpatian, Atropatena, Adirbican, Azirbican və nəhayət, Azərbaycan şəklində işlənmişdir. Azərbaycan qədim tarixi arxeoloji, etnoqrafik, antropoloji və yazılı qaynaqlar əsasında yazılır. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş əşyalar Azərbaycanın maddi-mədəniyyət tarixini öyrənməyə imkan vermişdir. Tarixi qaynaqlar və ekspedisiyalar zamanı toplanan etnoqrafik materiallar əsasında adət-ənənələr, maddi-mənəvi mədəniyyət, keçmiş i...